Netanyahu geri çəkilir

İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının qəbul edilmə prosesinin dayandırılmasını elan etmək niyyətindədir.

Gununsesi.info İsrailin “Kan” radiosuna istinadən xəbər verir ki, Netanyahu bu barədə hökumətin parlament koalisiyasının rəhbərinə məlumat verib.

Netanyahunun rəsmi müraciətinin səhər saatlarında başlaması planlaşdırılsa da, hələ ki təxirə salınır.

Qeyd edək ki, İsraildə müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra martın 26-sı ölkədə kütləvi etiraz aksiyası başlayıb. Qalantın istefa xəbərini ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. Qalant məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etdikdən sonra Baş nazir bu barədə qərar qəbul edib. Xarici KİV-in məlumatına görə, etiraz aksiyasında 600 mindən çox şəxs iştirak edib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb. Ölkə Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.

 

Gununsesi.info