İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edərək, blokadada olan Qəzza zolağına hücumların bərpa olunduğunu açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, İsrail baş nazirinin dəftərxanası bildirib ki, HƏMAS tərəflər arasında razılaşmaya uyğun olaraq əsir götürdüyü israilli qadınları azad etməyib, həmçinin İsrailə raket zərbələri endirib.
“Döyüşlərə qayıdaraq, İsrail hökumətinin müharibənin məqsədlərinə sadiq qaldığını vurğulayırıq. Məqsədlər israilli məhbusları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir”, – Netanyahu bildirib.
Gununsesi.info