Netanyahu ilk dəfə Səudiyyəyə dron hücumlarından danışdı

İsrailin Baş Naziri Binyamin Netanyahu ilk dəfə dronlarla Səudiyyə Ərəbistanının neft zavodlarının vurulmasından danışıb.

Gununsesi.org xarici KİV-ə isitnadən xəbər verir ki, Netanyahu bu hücumun arxasında İranın dayandığını bildirib. “İsrail adına deyə bilərəm ki, bunu A-dan Z-yə İran edib”, – deyə Baş Nazir qeyd edib.

O, beynəlxalq təşkilatları ABŞ-ın Tehran hökumətinə tətbiq etdiyi sanksiyalara dəstək olmağa çağırıb. Netanyahu düşünür ki, bununla da İranın “hücumlarının qarşısını almaq olar”.

Gununsesi.org