Netanyahu: “İran nüvə silahına sahib olmaq üçün beynəlxalq ictimaiyyətə yalan söyləməyə davam edir”

  • By admin
  • 22 İyun 2020 11:04
“İran nüvə silahına sahib olmaq üçün hələ də beynəlxalq ictimaiyyəti aldadır”.
Gununsesi.orgxəbər verir ki, belə bir bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib. O, Tehranın məramını artıq beynəlxalq qurumların da anladığını deyib.
“İran nüvə silahına sahib olmaq üçün beynəlxalq ictimaiyyətə yalan söyləməyə davam edir. Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi də bunu başa düşür. Bu, həftə sonu hesabatında da öz əksini tapdı. İllər boyu iddia etdiklərimizi bu gün bu qurumlar da anlayır”, – deyə Netanyahu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının məhdudlaşdırılmasına dair qətnamə qəbul edib. Sənəddə İrandakı iki nüvə mərkəzinə girişə icazə verilməsi tələb olunub. Sözügedən mərkəzlərin indiyədək məlum olan proqramda əksini tapmadığı və bölgədə fəaliyyətlərin 2000-ci illərin əvvəllərindən, yəni 2015-ci il nüvə sazişindən öncə başladığı qeyd olunub. Rəsmi Tehran isə qətnaməni qeyri-məhsuladar hesab edərək, buna müvafiq cavab veriləcəyini, həmçinin ABŞ proqramdan çıxdığı üçün İranın bu sazişin müddəalarına riayət etmək məcburiyyətində olmadığını bildirib.

Gununsesi.org