
İsrailin baş naziri Benyamin Netanyahu İrana hücumla hədələdiyini təkrarlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu “Beynəlxalq Holokost Qurbanları Günü” ilə bağlı keçirilən tədbirdə çıxışında Qəzza zolağına və ABŞ ilə nüvə danışıqları aparan İrana hücumlardan danışıb .
Livana hücumları ilə “Hizbullahı diz çökdürdüklərini, Əsəd rejiminin devrilməsi üçün lazım olan şəraiti yaratdıqlarını, İrana ciddi ziyan vurduqlarını və Yaxın Şərqin simasını dəyişdirdiklərini” iddia edən Netanyahu belə davam etdi:
“İran nüvə silahı əldə etsə nə olacaq? Tehranla bizim aramızdakı mübarizə bütün azad İsrail dövlətlərinin taleyini həll edəcək”.
İsrailin tək qalsa belə Qəzza zolağına hücumlarını davam etdirəcəyinə işarə edən Netanyahu, “Həmas üzərində hərbi təzyiqləri davam etdirəcəyik və bütün İsrailli məhbusları geri qaytaracağıq” deyib.
Netanyahu ölkəsinin sərhədlərində “nə cənubda, nə şimalda, nə də İordan çayının qərb sahilində xilafətin qurulmasına icazə verməyəcəklərini” deyib.
İsrail Baş Nazirliyindən verilən açıqlamada, anma mərasiminə qatılmaq üçün yola düşməzdən əvvəl bölgədə pilotsuz uçan aparatın uçduğu şübhəsi ilə Netanyahunun konvoyunun təhlükəsizlik tədbirləri çərçivəsində bir müddət gözlədildiyi bildirilib.
Orxan