
İsrail polisi ölkənin Baş naziri Binyamin Netanyahunun korrupsiya şübhəsi ilə bağlı dindirilməsini başa çatdırıb.
Gununsesi.info xəbər verir ki, i24 telekanalının məlumatına görə, üç müstəntiq sorğu-sual aparmaq üçün Netanyahunun Yerusəlimin mərkəzində yerləşən iqamətgahına gəlib. Baş nazir bütün mümkün ittihamları təkzib edib.
Dindirilmə prosesinin üç saata yaxın çəkdiyi bildirilir.
Gununsesi.info