Netanyahu “mən də daxil” deyərək elan etdi: “Hər kəs cavab verəcək”

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücum zamanı baş verən kəşfiyyat uğursuzluğuna görə özü də daxil olmaqla hər kəsin cavabdehlik daşıyacağını bəyan edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri bununla bağlı jurnalistlərə açıqlama verib.

Netanyahu çıxışında İsrailin Qəzzaya qarşı quru əməliyyatına hazırlaşdığını təkrarlayıb. Baş nazir əməliyyatın vaxtının yekdilliklə qərar verildiyini bildirsə də, ətraflı məlumat verməyib.

“Biz quru əməliyyatına hazırlaşırıq. Bunun nə vaxt və necə olacağı ilə bağlı heç bir təfərrüat verməyəcəyəm. Nəzərə aldığımız qiymətləndirmələr barədə ətraflı məlumat verməyəcəyəm. Bu qiymətləndirmələrin əksəriyyəti İsrail ictimaiyyətinə məlum deyil və bu yaxşı haldır”, – deyə o bildirib.

Netanyahu HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücum zamanı baş verən kəşfiyyat uğursuzluğuna görə özü də daxil olmaqla hər kəsin cavabdehlik daşıyacağını bildirib. Baş nazir, “Ancaq müharibədən sonra”, ifadəsini də əlavə edib.

Gununsesi.info