Müharibə bitdikdən sonra Qəzza zolağı İsrailin nəzarəti altında və beynəlxalq qüvvələrin müdaxiləsi olmadan demilitarizasiya edilməlidir.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Müharibədən sonra Qəzza hərbsizləşdiriləcək. Bunu edə biləcək yeganə qüvvə İsrail ordusudur. Heç bir beynəlxalq qüvvə bu məsuliyyəti öz üzərinə götürə bilməz”, – deyə o, hərbi kabinetin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qəzza zolağı “artıq İsrail üçün təhlükə yaratmayacaq”.
Netanyahu hesab edir ki, Ramallahdakı Fələstin Muxtariyyəti “Qəzza zolağına rəhbərlik edə bilməz”. Eyni zamanda, baş nazir Fələstin hakimiyyətini terrorizmi dəstəkləməkdə ittiham edib”.
Gununsesi.info