Netanyahu Qəzzanın gələcəyini müzakirə etmək üçün hərbi kabinetin iclasını ləğv etdi

  • By admin
  • 29 Dekabr 2023 11:24

İsrailin baş naziri Benyamin Netanyahu İsrail hərbi kabinetinin hərbi əməliyyatların başa çatmasından sonra Qəzza zolağının gələcəyini müzakirə etməli olduğu iclasını son anda ləğv edib.

Gununsesi.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu hökumət koalisiya tərəfdaşlarının təzyiqi fonunda son anda görüşü keçirməmək qərarına gəlib.

Xəbərlər hökumət koalisiyasının tərəfdaşlarının hərbi kabinetdəki müzakirələri ləğv etmək üçün Netanyahuya güclü təzyiq göstərdiyini göstərir.

Bir gün əvvəl İsrailin Kanal 12 kanalı və “Yediot Ahronot” qəzeti Təl-Əvivin iki ay yarımdan çox davam edən hücumlar başa çatdıqdan sonra Qəzza zolağında mümkün planları müzakirə etməyi planlaşdırdığını bildirib.

Dekabrın 28-i axşam saatlarında bu məsələ ilə bağlı hərbi nazirlər kabinetində iclasın keçirilməsi nəzərdə tutulmuşdu.

Gununsesi.info