Netanyahu Qəzzaya nüvə bombası atılması ilə bağlı fikirlərinə görə naziri cəzalandırıb

  • By ilhame
  • 05 Noyabr 2023 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi Dövlətinin Qüds işləri və irsi naziri Amihay Eliyahunu növbəti xəbərdarlığa qədər Nazirlər Kabinetinin iclaslarında iştirakını dayandırıb və onun Qəzza zolağına nüvə bombası atılması ehtimalı ilə bağlı bəyanatlarını rədd edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hökuməti və Silahlı Qüvvələr əlaqəsi olmayan şəxslərə dəyə biləcək zərərin qarşısını almaq beynəlxalq hüququn ən yüksək standartlarına uyğun hərəkət edir:

“Biz bunu qələbəyə qədər davam etdirəcəyik”.

Qeyd edək ki, “Kol Berama” kanalında aparıcının Fələstin anklavına nüvə bombasının atılıb-atılmaması ilə bağlı sualına cavab olaraq, Eliyahu deyib: “Bu da imkanlardan biridir”.

Gununsesi.info