“İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonun fikirlərinə qulaq asmasa, ABŞ Yaxın Şərqdəki münaqişəyə müdaxilə edə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu aif.ru ilə söhbətində Yaxın Şərq və Şimali Afrika üzrə mütəxəssis Kirill Semenov deyib.
“ABŞ Netanyahu onun siyasətini davam etdirərsə, münaqişəyə müdaxilə edə bilər. O, çox vaxt amerikalılara əhəmiyyət vermədən, onların istəklərinə məhəl qoymadan hərəkət edir”, – deyə ekspert bildirib.
Eyni zamanda Semyonov əlavə edib ki, Vaşinqton Yaxın Şərqdə müharibəyə cəlb olunmaq istəmir.
Bundan əvvəl Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov ABŞ-ın İsrail və İranın yeni hücumlarının qarşısını ala bilməyəcəyi ilə bağlı fikir bildirib.
Qeyd edilir ki, Vaşinqton yəqin ki, seçkilər ərəfəsində münaqişənin eskalasiyasını azaltmağa çalışacaq.