Netanyahu təzyiq altında: Erkən seçki çağırışına “banan respublikası” cavabı

  • By admin
  • 15 Mart 2024 11:27

Fələstində mülki insanları hədəf alan İsrailin baş naziri Netanyahuya istefa təzyiqi artarkən, ABŞ-ın yüksək səviyyəli açıqlaması iki müttəfiq ölkə arasındakı əlaqələri gərginləşdirib.

Gununsesi.info xəbər verir ki, beynəlxalq ictimaiyyətin “atəşkəs” çağırışına cavab verməyən Netanyahu uzun illərdir İsrailin ən böyük müttəfiqi olan ABŞ ilə böyük böhran içindədir.

Xatırladaq ki, ABŞ Senatında çoxluq lideri Demokrat Çak Şumer Senatdakı çıxışında Netanyahunun 7 oktyabrdan sonra prosesi səhv idarə etdiyini vurğulayıb, yeni seçkilərlə bağlı çağırış edib. ABŞ-da ən yüksək rəsmi vəzifəyə seçilmiş yəhudi olaraq xarakterizə edilən Şumer çıxışında həmişə İsrailin dostu olduğunu və İsrailin xeyrinə olan şeyləri gündəmə gətirdiyini bildirib.

“The Times of Israel”in xəbərinə görə, Likud Partiyasından verilən açıqlamada Şumerin sözlərinə sərt reaksiya verilib.

Netanyahunun xalqın əksəriyyətinin dəstəklədiyi qətiyyətli siyasət yürütdüyü iddia edilən bəyanatda, “İsrail banan respublikası deyil, Netanyahunu baş nazir seçən müstəqil və qürurlu bir demokratiyadır” ifadəsi işlədilib.

Bəyanatda, Şumerin dediklərinin əksinə olaraq, İsrail xalqının HƏMAS-a qarşı qəti qələbəni dəstəklədiyi və “Fələstin terror dövlətinin yaradılması ilə bağlı hər hansı beynəlxalq təlimatı” rədd etdiyi iddia edilib.

İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benni Qantz X sosial media platformasında Şumerin İsraildə erkən seçkilərlə bağlı çağırışlarına cavab verib. O, ABŞ senatorunun bəyanatlarında “səhv etdiyini” bildirib.

İsrailin əsas müxalifət lideri Yair Lapid bildirib ki, baş nazir Benyamin Netanyahu Təl-Əvivin ABŞ-dakı ən böyük tərəfdarlarını itirməsinə səbəb olub.

Lapid ABŞ Senatında çoxluq lideri Demokrat Çak Şumerin sosial media hesabındakı X hesabında “Netanyahu 7 oktyabrdan sonra prosesi səhv idarə etdi” açıqlamalarını dəyərləndirib.

“Şumerin açıqlamaları göstərir ki, Netanyahu İsrailin ABŞ-dakı ən böyük dəstəkçilərini bir-bir itirməsinə səbəb olur və daha da pisi o, bunu bilərəkdən edir”, – Lapid deyib.

Ana müxalifət lideri qeyd edib ki, Netanyahu Qəzza zolağında müharibədə qalib gəlmək və İsrailin təhlükəsizliyini qorumaq üçün milli səylərə ciddi zərbə vurub.

ABŞ senatoru Şumer Senatdakı çıxışında günahı İsrailin baş naziri Netanyahunu və Hərbi Nazirlər Kabinetini üzərinə ataraq, İsraildə yeni seçkilərin keçirilməsini istəyib.

 

Gununsesi.info