Netanyahu Trampın kürəkənini qəbul etdi

  • By admin
  • 24 Avqust 2017 19:46

netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşneri qəbul edib.

Gununsesi.info xəbər verir ki, tərəflər Şərqdi Qüdsdəki iqamətgahda bir araya gəliblər.

İsrail rəsmisi görüşdən öncə mətbuata verdiyi açıqlamada görüləsi hələ çox işlərin olduğunu bildirib.

“Regionda sülh, təhlükəsizlik, sabitlik və inkişafın necə təmin ediləcəyi ilə bağlı mövzular müzakirə edilməlidir. Bunlar bizim əsas hədəflərimizdir”.
Gununsesi.info