Netanyahu: “Türkiyə İsrailə beynəlxalq təşkilatlara üzv olmağa yardım edəcək”

  • By admin
  • 27 İyun 2016 15:32

27-Benjamin-Netanyahu-AP

 

HTML tutorial

Türkiyə İsrailə üzv olduğu beynəlxalq təşkilatlara inteqrasiya olunmağa yardım edəcək. Türkiyə İsrail arasında münasibətlərin normallaşaması haqqındakı saziş İsrailə,Türkiyənin üzərinə üzv olduğu beynəlxalq təşkilatlarda interqasiyasına yardım etmək öhdəliyi qoyur. Gununsesi.info İsrail mətbuatına istinadən xəbər verir ki, bu fikri İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə İsrail münasibətlərinin normallaşması haqqında məsələyə toxunarkən deyib.

Netanyahu bununla ona işarə edib ki, iki ölkənin yaxınlaşması nəticəsində, Ankara NATO-nun Brüsseldəki mənzil qərargahında İsrailə öz nümayəndəliyini açmağa şərait yaradacaq: “Anlaşmaya əsasən, Türkiyə NATO-nun Brüsseldəki mənzil qərargahında İsrailin öz nümayəndəliyini açmasına qarşı iddia sürməyəcək.”

Qeyd edək ki, may ayında İsrail NATO-dan öz mənzil qərargahında öz daimi nümayəndəliyini açmaq təklif etsə də, bu Ankara tərəfdən etirazla qarşılanıb.

Gununsesi.info