Netanyahu üçün yolun sonu görünür: Bu dəfəki zərbə gözləmədiyi yerdən gəldi

  • By admin
  • 15 Noyabr 2023 14:11

İsrailin Fələstinə hücumları 40-cı gündür davam edərkən Natanyahunun limiti tükənir. HƏMAS-a hücum etmədən belə seçkidə yenidən qalib gəlmək çətin görünən Netanyahunun gələcəyi Qəzza müharibəsindən sonra partiyasında nazirlər və millət vəkilləri arasında müzakirə olunmağa başlayıb. Likud Partiyasına üzv nazirlər və deputatlar Netanyahudan etimad səsverməsini geri götürməyi, onu baş nazirlikdən uzaqlaşdırmağı və yeni lider seçməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, İsraildə baş nazir Binyamin Netanyahunun istefaya göndərilməsi ilə bağlı hətta rəhbərlik etdiyi Likud Partiyası daxilində də müzakirələrin aparıldığı bildirilib.

İsrailin Kanal 13 televiziyasının xəbərinə görə, baş nazir Netanyahunun gələcəyi Qəzza müharibəsi ilə yanaşı, Likud Partiyasından olan nazirlər və millət vəkilləri arasında müzakirə olunmağa başlayıb.

Bildirilib ki, Likud üzvü olan nazirlər və deputatlar etimad səsverməsi ilə Netanyahunu baş nazirlikdən uzaqlaşdırmaq və yeni liderlə yola davam etməyi müzakirə ediblər. O da vurğulanıb ki, bu məsələnin müxalifət liderləri ilə məsləhətləşməsinə başlanması vəziyyətin ciddiliyini göstərir.

Xəbərdə Likud millət vəkillərinin niyə belə bir mövqe tutduğuna da toxunulub və Netanyahunun partiyanın başında qalsa və növbəti seçkilərdə məğlub olacağı təqdirdə, sözügedən deputatların bir çoxunun artıq siyasi sistemin mühüm bir parçası ola bilməyəcəyi qeyd edilib. Xəbərdə bu səbəblə bir qrup millət vəkili Qəzzada müharibənin tamamlanmasından sonra etimad səsverməsi istiqamətində addımlar atma ehtimalını araşdırdığı ifadə edilib.

Xəbərdə belə bir vəziyyətdə hökumətə seçkilərdə namizəd olmayacaq Likud partiyasından tanınmış bir siyasətçinin rəhbərlik edəcəyinin gözlənildiyi və Netanyahunun bu təşəbbüsü əngəlləmək üçün kifayət qədər vaxtı olacağı üçün bu vəziyyətin “mürəkkəb siyasi addım” kimi qiymətləndirildiyi bildirilib.

İsraildə son rəy sorğuları göstərir ki, Netanyahu və onun Likud Partiyası hakimiyyəti itirir, Milli Birlik Partiyası və onun lideri Benni Qantz isə yüksəlişdədir.

Gununsesi.info