Netanyahu xalqı seçim qarşısında qoydu

  • By admin
  • 18 Sentyabr 2019 22:05

İsrailin Baş Naziri Binyamin Netanyahu parlament seçkilərinin ilkin nəticələrini şərh edib.

Gununsesi.org xəbər verir ki, Knessetdə ikinci yeri tutan “Likud”un rəhbəri Tvitterdə xalqa müraciət edərək onları seçim qarşısında qoyub:

“İki variant var: ya başçılıq etdiyim hökumət, ya da ərəb ölkələrinə söykənən təhlükəli hökumət. İndiki vaxtda antisionist ərəb partiyalarına tərəf olan hökuməti seçmək olmaz”.

Qeyd edək ki, Netanyahu gələn həftə BMT Baş Assambleyasının iclasına qatılmayacaq. Onu Xarici İşlər naziri İsrael Kats əvəzləyəcək.

Xatırladaq ki, parlamentə keçirilən seçkilərdə səslərin 90%-i hesablanıb. Hakim partiya “Likud” 1 yerlə “Kahol-Lavan”a uduzur. “Kahol-Lavan” ərəb dövlətləri ilə regional görüşlərin təşkilini təklif edir. Knessetdə üçüncü qüvvə isə “Birləşmiş siyahı” – ərəb partiyaları ittifaqı olacaq.

Səsvermənin rəsmi nəticələri sentyabrın 25-də açıqlanacaq.

 

 

Gununsesi.org