İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə gələn həftə planlaşdırdığı rəsmi səfəri yenidən təxirə salınıb.
Gununsesi.info “Walla News”a istinadla xəbər verir ki, bu dəfə səfər yeni növ koronavirusa yoluxmanın sayının artması ilə əlaqədar İsraildə karantin tədbirlərinin sərtləşdirilməsi səbəbindən təxirə salınıb.
Nəşrin məlumatına görə, məlumat BƏƏ-dəki mənbələr tərəfindən təsdiqlənib.
İsrail hökuməti başçısının Təl-Əvivin bu yaxınlarda diplomatik münasibətlər qurduğu iki ölkəyə səfəri artıq ikinci dəfədir ki, təxirə salınır. Səfər əvvəlcə dekabrın 1-də nəzərdə tutulmuşdu, amma BƏƏ hakimiyyətinin xahişilə, dekabrın 2-də ölkədə Müstəqillik Gününün bayram edilməsi ilə əlaqədar başqa vaxta keçirilmişdi.
Gununsesi.info