Netanyahudan Qəzzadakı hərbi əməliyyatla bağlı TƏCİLİ AÇIQLAMA

  • By admin
  • 31 Oktyabr 2023 09:19

İsrailin Qəzza zolağında radikal Fələstinin HƏMAS təşkilatının tərəfdarlarının hücumuna cavab olaraq başlatdığı hərbi əməliyyat anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə qədəm qoyub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında bildirib.

“Biz müharibənin ortasındayıq. Qarşımıza dəqiq bir məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik. Blokadanın ilkin mərhələsi başa çatıb. İkinci mərhələdə daima hava hücumları davam edir. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir. İsrail Müdafiə Qüvvələri bunu ölçülmüş, çox güclü addımlarla, sistemli şəkildə addım-addım irəliləyir”, – deyə baş nazir bildirib.

Netanyahu əlavə edib ki, Qəzza zolağı daxilində quru əməliyyatlarına HƏMAS tərəfdarları tərəfindən saxlanılan girovların azad edilməsi səyləri də daxildir. “Bu manevr [İsrail ordusunun quru əməliyyatı] hətta [girovların] azad edilməsi üçün imkanlar açır və biz onları əldən verməyəcəyik. Bu kampaniya vaxt aparacaq, gözlənilməz maneələr olacaq, çətinliklər olacaq, itkilər olacaq, sürprizlər olacaq, amma sonda sizə bir şey vəd edirəm: HƏMAS məğlub olacaq, başqa Qəzza olacaq”, – deyə o, əmin edib.

Baş nazir həmçinin bildirib ki, İsrail ordusu Livandan atışmaların davam etdiyi şimal sərhədlərində yüksək döyüş hazırlığı vəziyyətindədir. “Paralel olaraq, biz şimal cəbhəsində mühasirədə fəal şəkildə işləyirik. Mən “Hizbullah”a bir daha deyirəm: kampaniyaya tam müdaxilə etmək qərarına gəlsəniz, həyatınızın səhvini etmiş olacaqsınız. Sizə elə bir zərbə vurulacaq, təsəvvür belə edə bilməzsiniz” – deyə o xəbərdarlıq edib.

Gununsesi.info