Netanyahunu Avropa Parlamentində mühakimə etməyə çağırın

Avropa Parlamentinin üzvləri Qəzzada atəşkəsin müzakirə edildiyi Baş Assambleyanın iclasında İsrailin baş naziri Binyamin Netanyahunun mühakimə olunmasını istəyiblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Polşa parlamentarisi Qrzeqorz Braun iclasdakı çıxışında “Netanyahu və onun qəssabları məhkəmədə mühakimə olunmalıdır və ümid edirik ki, onlar dar ağacını görəcəklər” deyib.

Bildiririk ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında Qəzzada atəşkəs , məhbusların azad edilməsi, humanitar böhrana son qoyulması və iki dövlətli həll yolu müzakirə edilib.

Sessiyanın açılış nitqi ilə çıxış edən AP sədri Roberta Metsola Qəzzada atəşkəs razılaşmasını “hamının ümid etdiyi və çoxlarının ehtiyac duyduğu dönüş nöqtəsi” kimi qiymətləndirib.

Metsola, “Bizim prioritetimiz sazişin davam etməsini və məqsədlərinə çatmasını təmin etmək olmalıdır. Bu, münaqişəyə son qoymağa, yardım çatdırmağa və qalan girovları xilas etməyə imkan verərdi. Sonrakı gün yeni ümidlər gətirməlidir və Avropa üzərinə düşəni etməyə hazırdır.” ddeyib.

Orxan Saffari

Gununsesi.info