
İsrailin baş naziri Benyamin Netanyahu müharibədən sonrakı planını açıqlayıb. Netanyahunun sözlərindən sonra ABŞ-dan diqqətçəkən açıqlama gəlib.
Gununsesi.info bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın CNN televiziyasına müsahibəsində Qəzzaya hücumlardan sonra İsrailin planları ilə bağlı açıqlama verib.
İsrailin Qəzza ilə bağlı müharibədən sonrakı planına gəlincə, Netanyahu İsrailin prioritetinin “Həması məhv etmək” olduğunu bildirib və deyib ki, buna nail olduqdan sonra “terrorun canlanmasının qarşısını almaq” üçün bölgədə İsrail ordusunun dominant təsiri olmalıdır.
Netanyahu Qəzzada “demilitarizasiya” və “deradikalizasiya” mövzularında bir mülki qurumun əməkdaşlıq etməsi lazım olduğunu bildirib. “Təəssüf ki, Fələstin rəhbərliyinin hər iki məsələdə uğursuz olduğunu deməliyəm”.
Netanyahu bildirib ki, “yenidən eyni çıxılmaz vəziyyətə düşməmək üçün yenidən strukturlaşdırılmış mülki hakimiyyət qurulacaq”.
Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News telekanalının “Face the Nation” proqramında dəyərləndirmə edib. “Nəticədə fələstinlilərin gələcək administrasiyasının necə olacağına qərar verəcəyik. Bura həmçinin İordan çayının qərb sahili və Qəzza zolağının birləşdirilməsi də daxil edilməlidir”, – deyə o bildirib.
Gununsesi.info