İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin rəhbəri Yossi Şelli iclasların birində deyib ki, 7 oktyabr hadisələrində hökumət başçısı deyil, ordu komandanlığı günahlandırılmalıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.
“Hər şeydə Netanyahu deyil, ordu komandanlığı günahlandırılmalıdır. Baş Qərargah rəisi, hökumət əleyhinə etiraz hərəkatı, bizə hücum edən keçmiş təhlükəsizlik rəisləri günahlandırılmalı olanlardır”, – deyə Şelli bildirib.
Netanyahu administrasiyasının bir çox üzvlərinin bu fikirlə razılaşdığı qeyd edilib. Hesabat həmçinin Qəzza zolağında müharibə başa çatdıqdan sonra “onların ordunu günahlandırmağa davam edəcəklərini” istisna etmir.
İsrailin Nazirlər Kabineti kanalın məlumatını təkzib edib.
Səid Əhmədli
Gununsesi.info