Netanyahunun psixiatrı intihar etdi: Qoyub getdiyi qeyd üzə çıxdı – Şok səbəb

  • By admin
  • 13 Noyabr 2023 16:03

İsrailin baş naziri Binyamin Netanyahunun psixiatrı Moşe Yatomun yaşadığı evində meyiti tapılıb. İntihar etdiyi təsbit edilən psixiatrın evindən tapılan qeyddə Netanyahu ilə bağlı ifadələr diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, “Global Village Space” internet saytında yayılan məlumata görə, intihar etdiyi bildirilən Yatom Netanyahunu “yalan şəlaləsi” kimi qələmə verib və baş verənlərə görə İsrail baş nazirini məsul tutub.

Sözügedən xəbər saytında məşhur israilli psixiatr Yatomun ölümü ilə bağlı bu ifadələr yer alıb.

“O, ümidsizliyinin mənbəyi kimi Netanyahunu göstərərək intihar etdi. Doqquz il Netanyahunun “sirli” zehninə girməyə çalışdım, lakin “yalan şəlaləsi”nə məğlub oldu. Bunu edərkən mənim yenilməz şəxsiyyətim darmadağın oldu”.

Gununsesi.info