Netanyahunun Qəzza planı ortaya çıxdı: Bayden, Makron və Sunak rədd etdi

  • By admin
  • 22 Dekabr 2023 14:56

Amerikanın “Washington Post” qəzeti İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında gərginliyin artdığını yazıb.

Gununsesi.info xəbər verir ki, Baydenin müstəqil Fələstin dövlətini dəstəklədiyini və bu məsələdə israrlı olduğunu bildirən qəzet Netanyahunun bunu rədd etdiyini və bu mübahisənin necə həll ediləcəyinin bəlli olmadığını yazıb.

Qəzetə adının açıqlanmasını istəməyən üç diplomat və yüksək vəzifəli məmur bildirib ki, Netanyahu evlərindən didərgin salınacaq yüz minlərlə fələstinlini qəbul etmək üçün Misirə təzyiq göstərməyə çağırıb. Netanyahu bu məsələdə Misir prezidenti Əbdülfəttah Sisiyə təzyiq etmək üçün ABŞ prezidenti Co Bayden, eləcə də İngiltərə baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşüb. Lakin Sunak və Makron da bu təklifi rədd ediblər.

Diplomatların fikrincə, Netanyahunun bütün təkidlərinə baxmayaraq, Qəzza əhalisinin başqa yerə köçürülməsi planı qəbul edilməyib, çünki bu, böyük “insan hüquqları pozuntusu” olardı. Üstəlik, diplomatların fikrincə, Misir çoxlu sayda fələstinlini qəbul etmək niyyətində deyil.

Qeyd edilib ki, ABŞ administrasiyası da Qəzzanın İsrail tərəfindən işğal olunmasını istəmir.

Gununsesi.info