“Netanyahunun səfəri Azərbaycanı sevməyən qüvvələri ciddi əndişələndirir” - POLİTOLOQ

  • By admin
  • 12 Dekabr 2016 12:38

Israeli Prime Minister Benjamin Netanyahu speaks during a press conference at the Prime Minister's office in Jerusalem, Tuesday, Oct. 9, 2012. Netanyahu has ordered new parliamentary elections in early 2013, roughly eight months ahead of schedule. (AP Photo/Bernat Armangue)

“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana  səfərindən  nə Qərbin, nə Şərqin, nə Şimalın, nə də Cənubun narahat olmağa heç bir  əsası yoxdur. Bu səfər Azərbaycan-İsrail ikitərəfli əməkdaşlıq formatının inkişafını qarşıya hədəf qoyub, hər hansı digər  ölkəyə və ya qüvvəyə qarşı yönəlməyib”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov  deyib.
Onun sözlərinə görə,  Azərbaycan-İsrail münasibətləri   qarşılıqlı bərabə hüquqlu əsaslara söykənərək inkişaf etdirilir.
“Azərbaycanla İsrailin bir sıra  fundamental məsələlərdə maraqları üst-üstə düşür və bunun nəticəsidir  ki, iki ölkə arasında enerji,  hərbi-texniki əməkdalıq sahəsində əlaqələr xeyli inkişaf edib. İsrailin baş nazirinin Azərbaycana nəzərdə tutulan  bu səfəri də iki ölkə arasında siyasi əməkdaşlıq mühitinin daha da  inkişaf  etdirilməsinin  zəruriliyini ortaya qoyub. Bu əlaqələrin inkişafı  hər  hansı üçüncü  tərəfin əleyhinə yönəlməyib və bu səfərə başqa rəng verməyin mənası da yoxdur ”– deyə, millət vəkili vurğulayıb.
Millət vəkili əlavə edib ki, Ntanyahunun Azərbacana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək:
“Bu səfər çərçivəsində  ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, xüsusən də, ticari-iqtisadi, enerji, turizm və digər sahələrdə əməkdaşlığın  genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq və müzakirə predmeti olacaq. Təbii ki, iki ölkə arasındakı hərbi-texniki sahədə əldə edilən uğurların daha da  inkişaf etdirilməsi məsələsinin müzakirə olunması də şübhə doğurmr”.
 Ermənistan-Azərbaycan məsələsində İsrailin mövqeyinə toxunun millət vəkili bildirib ki,  İsrail bu məsələdə hər zaman Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dəstəkləyib və bu gün də müdafiə etməkdədir.
“Hesab edirəm ki, bu səfərdə də bu məsələlərə toxunulacaq”- deyə, E. Nəsirov bildirib.
 
Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu səfər bir çox qüvvələri narahat edir.
“Çünki Azərbaycan- İsrail münasibətləri ikitərfli maraqlar əsasında inkişaf edən əlaqələrdir və bu əlaqələrin də inkişafı Azərbaycanın bölgədəki rolunu artırdığından, digrə qüvvələri narahat etməklə yanaşı, onları əndişələndirir. Yəni, Azərbaycan- İsrail  əlaqələrinin inkişafı  bölgədə  Bakının maraqlarına uyğun olan  yeni hərbi- siyasi düzən yaradır ki, bu da təbii olaraq hansısa ölkələrin marağın cavab vermir”- deyə, politoloq vurğulayıb.
 İ.Vəlizadə hesab edir ki, iki ölkə arsında hərbi-texniki əməkdaşlığımn inkişafı nəticəsində   bölgədə yaranan  hərbi-siyasi  düzən Azərbaycanın maraqlarına xidmət edir və ona görə də bu sahədə əlaqələr daha da inkişaf etdirilməlidir.
Iki ölkə arasında iqtisadi və enerji sahəsindəki əlaqələrə toxunun İ.Vəlizadə deyib ki,   son illərdə İsraildə böyük qaz yataqaları tapılıb.
“Bu qazın bir qismi ölkənin daxili tələbatının təmin edilməsinə yönəldilsə də, müəyyən qismi ixrac olunacaq. Təl-Əvivlə Bakı İsrail qazının dünya bazarına çıxarılmasında sıx əməkdaşlıq edə və bu məsələdə müstəsna rola malik ola bilər. Yəni,  Azərbaycan Tükiyə üzərindən keçən “Cənub Qaz Dəhlizi” vasitəsi ilə İsrail qazını Avropa bazarlarına çıxara bilər. Çünki İsrail düşmən ölkələrlə əhatə olunduğundan “Panərəb” qaz-boru xəttinə qoşulmaq bir sıra problemlər yarada bilər. Digər variant- İsrail öz qazını Misirdə emal edib, oradan dünya bazarıan çıxara bilər ki, bu da sonda İsraili Misirdən asılı vəziyyətə sala bilər. Odur ki, İsrail buna getməz. Ən yaxşı variant isə  İsrailin öz qazını Türkiyə üzərindən  Avropaya ötürməsidir.
Bildiyiniz kimi , Türkiyə ərazindən keçəcək “Cənub Qaz Dəhlizi” xəttinə əsasən Azərbaycan nəzarət edəcək.  İsrailin bu qaz xəttindən istifadə etməsi həm ucuz başa gələcək, həm də təhlükəsizlik baxımından önəmli olacaq. Bu sahədə əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verdiyindən, bu  əməkdaşlığın inkişaf edtidilməsi vacidbdir. Hesab edirəm ki, bu məsələ Bakıda ciddi müzakirə olunacaq. Yəni, səfər zamanı enerji və hərbi-texniki sahədəki əməkdaşlıq məsələləri prioritet  təşkil edəcək”- deyə, politoloq vurğulayıb.
Mürtəza Bünyadlı 
Gununsesi.info