Netanyahunun soyqırım siyasətinə son qoyulmalıdır

  • By Admin2
  • 18 Mart 2025 16:11

Prezident Rəcəb Tayyib Ərdoğanla Finlandiya Prezidenti Aleksandr Stubb arasında telefon danışığı olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Finlandiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin Finlandiya ilə əməkdaşlığı dərinləşdirmək üçün tam iradəyə malik olduğunu və başda müdafiə sənayesi və terrorla mübarizə olmaqla bir çox sahədə əlaqələrin inkişafı üçün çalışacaqlarını bildirib.

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Rusiyanın atəşkəs çağırışını qəbul etməsini gözlədiklərini bildirib.

Prezident Ərdoğan görüşdə İsrailin Qəzzaya yeni hücumlarının qəbuledilməz olduğunu, beynəlxalq ictimaiyyətin Netanyahunun soyqırım siyasətinə indi “dur” deməsi lazım olduğunu, atəşkəsin bir an əvvəl bərpa olunmasının vacib olduğunu bildirib.

 

 

Orxan

Gununsesi.info