
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı prezident Donald Trampa həm qızıl, həm də adi peycer hədiyyə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun hədiyyəsi İsrail mətbuatında geniş işıqlandırılıb.
Keçən ilin sentyabrında İsrail Livandakı Hizbullah peycerlərinə ölümcül hücuma keçdi. Bu hücum nəticəsində minlərlə dinc sakin yaralanıb, 42 nəfər həyatını itirib.
İddia edilib ki, Tramp bu hədiyyələrə “Möhtəşəm bir əməliyyat oldu” deyərək cavab verib və bunun müqabilində Netanyahuya ikisinin birlikdə çəkilmiş imzalı şəklini “Böyük lider Bibiyə ” verib.
İsrailin Livandakı ölümcül hücumunda peycerlərdən istifadə etdiyini nəzərə alsaq , Məxfi Xidmətin cihazların Trampın əlinə keçməsinə necə icazə verdiyi aydın deyil.
Tramp Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın Qəzzanı ələ keçirib onu “Yaxın Şərqin Rivierası”na çevirə biləcəyini iddia edərək qalmaqallı planını açıqlayıb.
İsrail tərəfi ardıcıl bəyanatlarla Trampın planını alqışlayıb.
Orxan Saffari