Netanyahuya aid sənədli film nümayiş etdirilib

İsrailin baş naziri Benyamin Netanyahuya qarşı açılan korrupsiya işindən bəhs edən “The Bibi Files” adlı sənədli film, Netanyahunun qarşısını almaq cəhdlərinə baxmayaraq, Toronto Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təxminən iki saat davam edən sənədli film 2015-ci ildə Netanyahunun dördüncü dəfə yenidən seçildiyi vaxt başlayır.

Filmin rejissoru sənədli filmin Netanyahunun xarakterinə “görünməmiş” işıq salacağına ümid etdiyini deyib və əlavə edib: “Bunlar onun pozğun xarakterinə güclü sübutdur və bunun bizi indi olduğumuz yerə necə gətirib çıxarıb”.

Kanada Film Festivalında coşğuya baxmayaraq, “The Bibi Files” İsraildə nümayiş olunmayacaq.

Bildirilir ki, sənədli filmdə 2016-2018-ci illər arasında polis tərəfindən lentə alınan dindirmə görüntüləri də yer alıb.

Baş nazirin ləqəbinə istinad edilən “Bibi faylları” adlı filmdə Netanyahu, həyat yoldaşı Sara və oğlu Yairin ona aid edilən korrupsiya cinayətlərində əli olub-olmadığını araşdırmaq üçün 2016-2018-ci illər arasında polisin dindirilməsi zamanı çəkilmiş videoçarxlar yer alıb.

Netanyahu iddia edib ki, film polisin sorğu-suallarından yayılmamış görüntüləri göstərməklə İsrail qanunlarını pozub.

Film Qəzzada davam edən müharibəyə səbəb olan təhlükəsizlik pozuntularına görə məsuliyyət daşıdığı üçün güclü daxili və xarici təzyiqlərə məruz qalan İsrail baş nazirinin hakimiyyətdə olduğu illəri işıqlandırır.

Təxminən iki saat davam edən sənədli film 2015-ci ildə Netanyahunun dördüncü dəfə yenidən seçildiyi vaxt başlayır.

Filmdə siyasətçinin uzun müddətdir davam edən hüquqi problemlərinə və onun davranışı ilə bağlı İsrail polisinin araşdırmaları da, diqqət mərkəzindədir.

Filmin rejissoru Alexis Bloom bildirib ki, bunu dünyanın bir çox yerində demokratik reqressiya kimi görə bilərsiniz: “Burada, Macarıstanda, Rusiyada baş verənlərlə paralellər görürsünüz. Bu, güclü kişi sindromudur”.

Kanada Film Festivalında coşğuya baxmayaraq, “The Bibi Files” İsraildə nümayiş olunmayacaq.

Filmin rejissoru keçən həftə Variety jurnalında dərc olunan müsahibəsində sənədli filmin Netanyahunun xarakterini “görünməmiş və qeyri-adi” şəkildə işıqlandıracağına ümid etdiyini bildirib .

 

 

 

Günel

Gununsesi.info