“Netflix” açıqladı: Dünyanın Türkiyə istehsallarına marağı artır

  • By admin
  • 26 Dekabr 2022 16:29

Türkiyə istehsalları bütün dünyada böyük maraq oyandırmağa davam edir.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,

Rəqəmsal Yayım Platforması “Netflix” 7 ölkədə gerçəkləşdirdiyi “Mədəni Yaıxnlıq Araşdırması”, əyləncə xidmətindəki Türkiyə istehsallarını izləyən adamların ölkəyə turist olaraq səfər etmə istəklərinin 2.6 dəfə Türkiyə türkcəsində öyrənmək arzusunun isə 4.6 dəfə artdığını ortaya qoydu. Dünyanın ən tanınmış platformasının açıqlamasına görə, şirkət Türkiyənin özünə xas hekayələrini 190 ölkəyə daşımağa davam edir. Bu günə qədər 30-dan çox yerli istehsala imza atan əyləncə xidməti bu məhsulların dünyanın fərqli bölgələrində yaratdığı təsiri ölmək məqsədi ilə geniş bir ictimai araşdırma aparıb. Araşdırmaya S. Ərəbistan, Çili, Braziliya, İspaniya, Amerika, Almaniya və BƏƏ-dən 13 mindən çox insan qatılıb.

 

Türkiyə türkcəsinə marağın ən çox artdığı ölkə Amerikadır

Film və kinolar Türkcəyə olan marağı daha da artırır. “Netflix”dəki Türkiyə istehsallarını izləyənlər arasında “Türkcə öyrənmək istəyirəm” deyənlərin faizi izləməyənlərə görə, 4.6 dəfə artıb. Bu marağın ən ço artdığı ölkə isə Amerikadır.

Yerli istehsal onlarla ölkədə ilk 10 sıralamasında

“Netfli Türkiyə” imzasını daşıyan məhsullar bu günə qədər onlarla ölkədə ən çox izlənənlər arasına girməyi bacarıb. 2022-ci ildə 45 ölkədə “Top 10 Film” siyahılarına girən “Zeytun Ağacı” və 35 ölkədə eyni uğuru təkrarlayan “Yakamoz S-245” bu istehsallar arasında yer alır.

“Sen Yaşamaya Bak” 76 ölkədə, “Aşk Taktikleri” isə 70 ölkədə “Top 10 Film” siyahılarında yer alıb.

 

 

Tərcümə:    Arzu Sayadoğlu

Gununsesi.info