
Sinqapurdan olan məşhur zərgərlik dizayneri, Netflix-in “Bling Empire” realiti-şousunda rol alan Lynn Ban, xizək sürərkən keçirdiyi qəzadan sonra beyin əməliyyatı keçirdikdən bir ay sonra vəfat edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, oğlu Sebastian çərşənbə günü İnstaqram səhifəsində onun ölümünü təsdiqləyib.
O, paylaşımında 51 yaşlı anasına “ən yaxşı dost və ən yaxşı ana” kimi hörmət etdiyini yazıb.
Qeyd edək ki, qəza Milad ərəfəsində ABŞ-ın Aspen şəhərində baş verib.
Orxan Saffari