İsrailin baş naziri Benyamin Netanyahu hökuməti illərdir Həmas-ın Qətərdən maliyyələşdirməsini səssizcə alqışlayır.
Gununsesi.info xəbər verir ki, bunu “New York Times” qəzeti mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Qətər bir neçə ildir ki, Qəzza sektorunu humanitar məqsədlər üçün (hökumət maaşlarının ödənilməsi və elektrik stansiyalarının fəaliyyətini saxlamaq üçün yanacağın alınması) maliyyələşdirir. Lakin İsrail kəşfiyyat rəsmiləri indi bu pulların 7 oktyabrda İsrailə hücumunun uğurunda rol oynadığına inanırlar.
Bir yüksək rütbəli Qərb diplomatına görə, Qərb hökumətləri çoxdan belə qənaətə gəliblər ki, Həmas bu ödənişlərdən pul alır.
“İllər boyu Qətər hökuməti Qəzza zolağına ayda milyonlarla dollar göndərirdi, bu pullar oradakı HƏMAS hökumətinə dəstək verirdi. İsrailin baş naziri Binyamin Netanyahu bu ödənişlərə nəinki dözürdü, hətta onları həvəsləndirirdi”, – nəşr yazır.
“Bu ödənişləri dəstəkləmək üçün səssiz qərar Netanyahunun davamlı pul axınının Qəzzada sülhü qoruyacağına və onun hakimiyyətdə qalmasına imkan verəcəyinə inanmaq üçün oynadığı “qumarın” bir hissəsidir. Eyni zamanda, İsrailin baş nazirinin tənqidçiləri bu qərarı Netanyahunun “səssizliyi satın alma” strategiyasının bir hissəsi adlandırırlar”, – deyə nəşr yazır.
İsrail ordusu HƏMAS-ın işğal planlarını aldıqda və analitiklər Qəzza zolağında sərhədin o tayında genişmiqyaslı hərbi təlimləri müşahidə etdikdə belə, ödənişlər davam edirdi. Üstəlik, uzun illər pullar İsrail kəşfiyyatçılarının iştirakı ilə köçürülüb, məqalədə qeyd olunur.
Fələstinin HƏMAS-ın hərbi qanadının elan etdiyi “Əqsa tufanı” əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsraildə, səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb, bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adamın yaralandığı bildirilir.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşma məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Oktyabrın sonunda İsrailin anklavda əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb.
İsrailin zərbələri başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 17 mini keçib, 48 mindən çox insan isə yaralanıb. Həmas Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti 126 israilli və 11 əcnəbinin HƏMAS-da girov qaldığını, oğurlanan 110 nəfərin isə sərbəst buraxıldığını açıqlayıb.
Gununsesi.info