Neymar komanda yoldaşlarından üzr istədi

  • By admin
  • 22 Sentyabr 2017 20:41

319046d26194b5385b6954b51bc22dc0

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 6-cı turunda “Lion”la oyunda Edinson Kavani ilə münaqişə etdiyi üçün komanda yoldaşlarından üzr istəyib.

Gununsesi.info Qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu bu barədə komandanın dünən axşamkı məşqində bildirib.

Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.

Xatırladaq ki, Neymar “Lion”la görüş zamanı penaltinin yerinə yetirmək istəsə də, Kavani buna mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə T. Silva imkan verməyib.

Gununsesi.info