Neyrolink beyin çipi: İnsanlar bu proqramı beyninə yükləyərək istədiyi dildə danışa biləcəklər – Korluq tarixə qovuşur

  • By admin
  • 02 Dekabr 2022 16:10

Neyrolink beyin çipi: İlan Maskın kiliniki sınaqlara başlayacağını söylədiyi çip nədir, necə çalışır?

 

 

İlan Maskın sahibi olduğu olduğu neyrotexnologiya firması “Neyrolink” üzərinə çalışdığı beyin çiplərinin kliniki sınaqlarının altı ay içində başlayacağı gözlənilir.

Gununsesi.info “Euronews”a istinadən xəbər verir ki, bunu Amerikadan olan iş adamı öz şirkətinn beyin çipləri ilə bağlı hazırlıqları haqqında açıqlamasında bildirib.

İnsnalar və kompüterlər arasında bir data keçiricilik sistemini irəlilətmək üçün Mask tərəfindən qurulan neyrotexnologiya şirkəti “Neyrolink” orqan qüsurlu əngəlli xəstələrin yenidən hərəkət etməsini və ünsiyyət-rabitə qurmasını təmin edə biləcəyi beyin çipinin ara üzləri üzərində çalışır.

Mask verdiyi açıqlamasında görmə bacarığını yenidən qazanmağı hədəflədiklərini vurğulayıb.

İnsanlığın gələcəyini suni zəka ilə insan beyninin birləşdiyi bir vizyonda görən Mask saç telindən daha incə iplərlə bağlı elektrodlarla beyin siqnallarını çözmək cəhdi olarak adlandırılan “Neyerolink” proyekti ilə yaxın gələcəkdə danışığa və dilə belə ehtiyac qalmayacağını iddia edir.

Mərkəzi San-Fransiskoda yerləşən bu şirkət insanlar üzərində kliniki sınaqlara başlamaq üçün Amerikan Qida və Dərman Dairəsindən (FDA) təsdiq gözləyərkən son illərdə heyvanlar üzərində sınaqlar edilir.

Yatırımçı iş adamı yuxarıda adıçəkilən cihazla bağlı uzun illərdir gözlənən açıqlaması zamanı “Cihazı insanlar yerləşdirməzdən öncə son dərəcə diqqətli olmaq və yaxşı işləyəcəyindən əmin olmaq istəyirik”,  deyib.

“Neyrolink” Baş ofisində 3 saat davam edən təqdimatı zamanı seçilmiş dəvətlilərdən  olan insanlarla dolu auditoriyaya səslənən Mask cihazın qısa zamanda ərsəyə gətirilməsi ilə öyünüb.

“Neyrolink”in bir il öncəki ictimai bilgiləndirməsində təkbaşına düşünərək kompüter oyunu oynayan beyin çipli bi meymun vardı.

Bu dəfəki təqdimatda isə Marsı koloniyalaşdırmaq və insanlığı xilas etmək kimi “yüksək hədəflər” yer alır

Beynin qarışıq elektronik cihazları idarə etməsini təmin edəcək çipi inkişaf etdirmək tibb sahəsində yeni üfüqlərə qapı aralayacaq. Bunun nəticəsi olaraq iflicli xəstələrin motor funksiyalarını yenidən qazanmasına, Parkinson, Demansiya, Alzheimer xəstəliyi kimi beyinlə əlaqəli xəstəliklərin müalicəsi fürsət tanımaq istəyir.

Mask açıqlamasında pil ilə çalışan bir çipin insanın kəllə sümüyünə yerləşdiriləcəyi və beynə elektrodlar göndərə biləcəyini iddia etmişdi.

“Danışmağımıza belə ehtiyac qalmaya bilər. Bəlkə duyğusal səbəblərlə hələ davam edə bilərik. Ancaq bu cihazla çox sürətli və daha həssas bir şəkildə rabitə qura bilərik. Dilə nə olacağından əmin deyiləm. Belə bir durumda “Matriks” kimi bir şey olardı. Fərqli bir dildəmi danışmaq istəyirsiniz? Problem deyil, sadəcə proqramı endirin”, – deyə ixtiraçı söyləyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info