Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

18 Avqust 2016 - 12:24

“NİDA”-çı gəncin apellyasiya şikayətinə baxılır- SAXLANILANLAR VAR (FOTOLAR)

elgiz

 

Gununsesi.info xəbər verir ki, bu gün Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsiylə 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – külli miqdarda törədildikdə) barəsində verilən apellyasiya şikayətinə baxılır.

Qeyd edək ki, “NİDA” Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bir neçə saat sonra dostu sərbəst buraxılsa da, fəal azad olunmayıb. NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Ülvi Həsənlinin sözlərinə görə,  hazırda E.Qəhrəmanovun hüquqlarını müdafiə edilməsi istiqamətində iş aparılır. E.Qəhrəmanov 2015-ci ildə NİDA-nın üzvüdür. E.Qəhrəmanov Türkiyədə  Ankara Universitetini bitirib.  Təhsil aldığı müddətdə ülküçülərlə yaxın olub. Dindən uzaq olduğu söylənilir.

nida

 

14011835_246218099111040_964270079_n

Gülnaz Qənbərli

Gununsesi.info