Niderland da Ukraynaya “Patriot” raket kompleksi verəcək

  • By admin
  • 18 Yanvar 2023 00:03

ABŞ və Almaniyadan sonra Niderland da Ukraynaya “Patriot” raket kompleksi verəcək.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, qərarı Niderland baş naziri Mark Rütte Vaşinqtonda prezident Bayden ilə görüşündə elan edib.

Rütte müharibədə Ukraynanın qələbəsini təmin etməyi əsas hədəf kimi vurğulayıb.

 

Artıq “Patriot”un istifadə qaydalarının ukraynalı hərbçilərə öyrədilməsi üçün ABŞ-da təlimlər başlayıb və qısaldılmış proqram üzrə 10 həftə davam edəcək. (Normal zamanlarda 10 ay olur.)

Almaniyanın federal kansleri Olaf Şolz isə Ukraynaya “Leopard” tanklarının verilməsi ilə bağlı müttəfiq ölkələrlə müzakirələrə başladıqlarını bildirib.

 

Tərcümə:

Afət