Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq

  • By ilhame
  • 20 Dekabr 2023 21:59

Niderland Qəzza zolağında mülki şəxslərə humanitar yardım üçün əlavə 25 milyon avro ayırır.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Ceffri van Leuven Misirə səfəri zamanı deyib.

 

“Qəzzada vəziyyət ağırdır və ehtiyaclar çox böyükdür. Mənim üç prioritetim tam humanitar yardım, Qəzza xalqı üçün çox ehtiyac duyulan yanacaq və yardım işçilərinin təhlükəsizliyidir”, – nazir bildirib.

 

Ayrılan vəsait qida, su, tibbi xidmət və yanacağa yönəldiləcək. Ümumi məbləğin 15 milyon avrosu Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə, 10 milyon avrosu isə BMT-nin fələstinli qaçqınlara yardım və iş üzrə Yaxın Şərq agentliyinə göndəriləcək.

 

Gununsesi.info