Niderland terror təhlükəsi səviyyəsini artırıb

  • By ilhame
  • 12 Dekabr 2023 22:37

Niderland terror təhlükəsi səviyyəsini dördüncü səviyyəyə, yəni ən sonuncudan bir aşağı səviyyəyə qaldırıb.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator İdarəsi məlumat yayıb.

 

Bundan əvvəl ölkədə üçüncü terror təhlükəsi səviyyəsi qüvvədə idi, yəni ölkədə terror hücumları mümkün idi, lakin onların təşkil olunmasına dair konkret göstərici yoxdur. Dördüncü səviyyə terror təhlükəsi isə o deməkdir ki, hücum riski daha yüksəkdir və Niderland terrorçuların hədəfi ola bilər.

 

Terrorizmlə Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator Piter-Yap Albersberq qeyd edib ki, səviyyənin artırılması ilə bağlı qərar vəziyyətin ümumi inkişafı, xüsusilə, Yaxın Şərqdə müharibə fonunda radikalların hücumu təhlükəsinin artması, bir sıra Avropa ölkələrində Quranın təhqir edilməsi, İŞİD və “Əl-Qaidə” kimi terror qruplarının hücumlara çağırış etməsi ilə bağlıdır.

 

Gununsesi.info