Niderlandda 600 mindən çox su samuru məhv edilib

Niderlandın Gemert şəhərində yerləşən iki su samuru fermasındakı heyvanlar arasında COVID-19 virusuna yoluxma halı üzə çıxıb.

Gununsesi.org “Dutch News”a istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, həmin fermalarda saxlanılan 19 min heyvan məhv edilib.

Bununla da koronavirus pandemiyası başlayandan etibarən ölkədə virusun aşkarlandığı 20 su samuru təsərrüfatında öldürülən heyvanların sayı 600 minə çatıb.

İndiyədək su samurundan insana koronavirusun keçdiyi azı iki hadisə məlumdur. COVID-19 əlamətləri görünən heyvanların və işçilərin daşınmasına qadağa qoyulub.

 

 

Gununsesi.org