Niderlandda bomba həyəcanı - SƏRNİŞİNLƏR TƏXLİYYƏ OLUNDU

  • By admin
  • 28 Dekabr 2017 19:30

Niderlandda qatarın sərnişinləri təxliyyə edilib.

Gununsesi.info xəbər verir ki, yerli polisə Amsterdamdan Brüsselə hərəkət edən qatarda bomba qoyulması barədə təhdid məktubları daxil olub.

Nəticədə Oldenzal şəhərində qatarda yoxlamalar başlayıb və sərnişinlər təxliyə edilib.

Axtarışlara bomba mütəxəssisləri və itlər cəlb edilib.

Gununsesi.info