
“Niderlandlı tələbələr dərsdə mobil telefon, planşet və ağıllı saatdan istifadə edə bilməyəcəklər.”
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat ölkə saytları məlumat yayıb.
“Məktəblilərin internetə çıxışı olan qadcetlərdən istifadəsinə qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Cib telefonlarının həyatımıza tamamilə daxil olmasına baxmayaraq, onların sinifdə yeri yoxdur. Tələbələr dərsə konsentrə olmalı və tam öyrənmə üçün kifayət qədər yerə sahib olmalıdırlar. Elmi araşdırmalardan bildiyimiz kimi, cib telefonları bütün bunları pozur və əks nəticələrini göstərir. Biz tələbələri bundan qorumalıyıq”, – deyə ölkənin təhsil naziri Robert Dijkgraaff bildirib.
“Əlilliyi olan uşaqlar onlardan istifadə edə biləcəklər, lakin TikTok videolarına baxmağa və ya sinif yoldaşları ilə sosial mediada mesajlaşmaya icazə verilməyəcək.”
Qeyd edək ki, yaxın vaxtlarda təhsil təşkilatları və səlahiyyətli orqanlar yeni qanunun dəqiq müddəalarını müəyyən edəcəklər. Yay tətilindən sonra ciddi müzakirə ediləcəyi gözlənilir.
Tərcümə
Şəbnəm
Gununsesi.info