Nigar Arpadarai üçün Leyla Şıxlınskaya nümunəsi

  • By admin
  • 27 Fevral 2023 10:47

Bakının Səbail Rayonundan deputat seçilən Nigar Arpadarainin ona sual verən jurnalistə “mədəniyyətli olun” deyərək aradan çıxmasını əks etdirən video görüntülər dünəndən sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.

Bəlkə də bunu hansısa başqa deputatlar etsəydi, belə qarşılanmazdı.

Nigar Arpadarai kimdir?

 

Beynəlxalq münasibətlər üzrə təhsil alan bu xanım Avropa İttifaqı və Yunanıstan səfirliklərində çalışıb.

Bundan başqa bir neçə nüfuzlu beynəlxalq statusu olan korporasiyalarda işləyib.

Yəni ki, adam kifayyət qədər bilikli, dünyagörüşü olan bir şəxsdir. Onu bu cəmiyyətdə gözükölgəli edən bir məqam isə parlament seçkilərində siyasi fəal Bəxtiyar Hacıyevə məğlub olmasıdır.

Görünür, Hacıyevin onu ötən illərdə tənqid etməsi, ictimai nüfuzunu zədələmısi xanım deputatı ona görə bu sual isterikaya salıb.

Nigar Arpadarai nə etməli idi?

Digər YAP-çılar kimi  o da “gələcəkdə məhkəmə qərarını gözləməyin” vacibliyini vurğulaya bilərdi.

Amma qarşısındakı jurnalistlərə qarşı mədəniyyətsiz davranan xanım deputat özünü növbəti dəfə ictimaiyyətin qınağına tuş elədi.

Onun bu hərəkəti mənə Əli İnsanov səhiyyə naziri olduğu dönəm ərzində həmişə təzyiq altında saxladığı, tez-tez yoxlamalarla fəaliyyətinə süni əngəllər yaratdığı “Leyla Şıxlınskayanın klinikası”nın sahibi Leyla Şıxlınskayanı bir hərəkərini xatırlatdı.

Əli İnsanov həbs olunanda hökumət tv-ləri bu xanımın sabiq naziri “ağ yuyub, qara sərəcəyi” ümidylə  ona telefon açdılar, tədbirlərdə qarşısını kəsdilər.

Amma Leyla Şıxlınskaya “Əli İnsanov indi həbsdədir, onun haqqında danışmaq doğru olmazdı, Allah qapısını açsın” deyə həmin jurnalistlərin ümidini puça çıxardı.

Nigar Arpadarai nəyi deməyi bacarmasa da  heç olmasa “Allah qapısını açsın” deyə bilərdi.

 

Pərviz Həşimli

Gununsesi.info