
29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizəd Nigar Arpadari ictimai fəal Bəxtiyar Hacıyevin debat çağırışına cavab verib.
“Bəxtiyarı tanıyıram. Sosial mediada aktiv bir gəncdir. Amma mən onunla debata çıxmayacam. O səbəbdən ki, Bəxtiyarın ümumiyyətlə, nə işlə məşğul olduğunu bilmirəm. Bəxtiyarın bu illər ərzində və ümumiyyətlə hansı layihəni həyata keçirdiyi haqqında da məlumatım yoxdur. Ola bilsin ki, hansısa layihəsi olub, amma bu barədə nə mənim, nə də ki ictimaiyyətin xəbəri var.
Ona görə mən Bəxtiyarı ümumiyyətlə, özümə rəqib hesab etmirəm. O səbəbdən də, onunla debata çıxmağa heç bir ehtiyac görmürəm”, – deyə Nigar Arpadari vurğulayıb.
Bəxtiyar Hacıyev də 29 saylı Səbail seçki dairəsindən namizəddir. O bu gün sosial şəbəkə vasitəsilə Nigar Arpadarini debata çağırıb.