Nigar Camal və Eldar Qasımov Türkiyə dərsliklərində

  • By admin
  • 26 Noyabr 2019 20:08

2011-ci ildə Azərbaycanı “Avrovizion” yarışmasında birinci edən Nigar Camal və Eldar Qasımov barəsində Türkiyə dərsliklərində məlumat dərc edilib. 

Gununsesi.og xəbər verir ki, bu barədə müğənni Nigar Camal öz “İnstagram” səhifəsində məlumat paylaşıb: “Dostum Türkiyə dərsliklərinin birində bizi tapıb, indicə mənə göndərdi. Şərəf duyuram. Təşəkkür Türkiyə!”

Qeyd edək ki, Yunus Əmrə İnstitutunun hazırladığı “Yedi İklim Türkçe” dərsliyində həmyerlərimizin uğuru belə yer alıb: “56-cı “Avrovizion” musiqi yarışması 14 may 2011-ci ildə Almaniyanın Düsseldort şəhərində keçirilib. Yarışmanın birincisi 221 xalla Azərbaycan olub. Azərbaycanın mahnısını Eldar və Nigar söyləyib. İtaliya 189 balla ikinci, İsveç isə 185 balla üçüncü olub”.

Xatırladaq ki, azərbaycanlı ifaçılar “Running Scared” mahnısı ilə birincilik əldə etmişdi.

 

Gununsesi.og