Nigar Camal küçədə qalmaqalla üzləşdi - VİDEO

  • By admin
  • 27 Fevral 2023 10:34

“Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb”.

Gununsesi.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevbildirib.

O qeyd edib ki, hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:

“Məsələ barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Nigar Camal sosial şəbəkə hesabında avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsünün onun qarşısına keçib hücum etməsinə dair paylaşım edib.

Qeyd edək ki, müğənninin paylaşdığı videoda həmin şəxsin nə dediyi bəlli deyil. Ona görə də bu məsələdə kimin günahkar olub olmaması dəqiq deyil.
Gununsesi.info