Nigar qonşusunu polislə hədələdi

Əməkdar artist Nigar Şabanova qonşusundan gileylənib. 

Gununsesi.info xəbər verir ki, xanəndə qonşusunun həyətdə it saxladığını və gecələr onun səsindən yata bilmədiyini deyib. O bildirib ki, dəfələrlə şikayət etsə də, ona məhəl qoyulmayıb:

“Hacı, polisə, məhkəməyə müraciət etsəm, deyəcəklər ki, qonşuluğu pozdu. 10 gündür sənə deyirəm ki, iti kənara bağla, evə sal yanında yatızdır. Sənə xeyri yoxdur, düz pəncərəmin altında bağlayırsan. Səhərə kimi hürür. Mədəniyyətin, insanlığın olsun. Bu, bağ evidir, gecə saat 12 oldu səs gəlməməlidir. 10 gündür gecə yuxusu nədir bilmirəm. Qonşunun beləsini Allah heç kimə qismət etməsin”.