Nigeriya Pakistandan 5 ədəd döyüş təyyarəsi alıb

  • By admin
  • 17 İyul 2017 14:32

11

Nigeriya Hərbi-Hava Qüvvələrini gücləndirmək və “Boko Haram” Terror Təşkilatına qarşı daha effektiv mübarizə apara bilmək üçün Pakistandan 5 ədəd döyüş təyyarəsi alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Nigeriya Hərbi-Hava Qüvvələri bazasının komandiri Sadiq Əbubəkr mətbuata açıqlamasında belə deyib.

Belə ki, S.Əbubəkr bildirib ki, ordunu müasir silahlar və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

S.Əbubəkrin sözlərinə görə, Pakistan və Nigeriya arasında hərbi əməkdaşlıq çərçivəsində Pakistan Silahlı Qüvvələri Nigeriya Ordusuna təlim keçir: “Bundan başqa Nigeriya Pakistandan 10 ədəd yeni təlim təyyarəsi almağı planlaşdırır”.

Qeyd edək ki, Nigeriya “Boko Haram” Terror Təşkilatına qarşı mübarizədə Pakistandan başqa Çin, Rusiya və İngiltərə kimi ölkələrdən də hərbi dəstək alır.

Anar

Gununsesi.info