Nigeriyada 200 qaçqın aclıq və susuzluqdan ölüb FOTOLAR

  • By admin
  • 23 İyun 2016 11:59

fa00c455-f856-4c27-9ed3-fada91e43809_292

 

Nigeriyada terrorçu “Boko Haram” qruplaşmasının hücumlarına görə, öz evlərindən qaçan 200-dən çox insan bir ayda aclıq və susuzluqdan ölüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyanın şimalındakı Bama şəhərində yerləşən qaçqın düşərgəndə son bir ayda aclıq və susuzluqdan 200 nəfər dünyasını dəyişib. Bu barədə məlumat “Sərhədsiz həkimlər” təşkilatının hesabatında yer alıb. Təşkilatın yaydığı məlumatda bildirlir ki, adı çəkilən düşərgədə Nigeriyanın şimal-qərb bölgəsindəki Borno administrativ ştatındakı Mayduquru şəhərinin əhalisi, “Boko Haram” terrorçu təşkilatın əzablarından öz yurdlarını tərk edənlər yaşayırdı.

Qaçqın düşərgəsində 24 min qaçqının yaşadığı bildirilir. “Sərhədsiz həkimlər” bəyan edirlər ki, qaçqın düşərgəsi ciddi humanitar fəlakətlə üz-üzədir. Düşərgədə yaşayanlar içməli su və qidadan məhrumdurlar.

Mürtəza Bünyadlı

Gununsesi.info