Nigeriyada Amerikan ordusunun avtomobil karvanına hücum edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Anambra bölgəsində ABŞ diplomatik karvanına silahlı hücum zamanı 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Daha 3 nəfər isə qaçırılıb. Avtomobil karvanında ABŞ vətəndaşlarının olmadığı açıqlanıb.
Anambradakı Amerika səfirliyinin işçilərinə edilən hücumdan sonra bölgə polisi olayı təsdiqləyib. Həmin yerə çoxsaylı təhlükəsizlik qüvvələrinin göndərildiyi açıqlanıb.
Tərcümə: Arzu Sayadoğlu