Nigeriyada faciəvi qəza olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sərnişin qayığının qəzaya uğraması nəticəsində 26 adam can verib.
Olay Nigeriyanın Niger bölgəsində yaşanıb.
Qətliam kimi qəza zamanı qayığın içində 100-dən çox adam olub. Ölənlərdən çoxusu uşaqlar və qadınlardır.
Bu barədə bölgə üzrə İcra başçısı Boloqi İbrahim açıqlamasında bildirib.
Nigeriya Fövqəladə Hallar Nazirliyi tərəfindən olay yerinə çoxlu sayda xilasetmə işçiləri göndərilib.