Nigeriyada qanlı hücum: 18 nəfər can verdi

  • By admin
  • 23 May 2023 11:20

Nigeriyada kəndilər və heyvandarlıqla məşğul olanlar arasında toqquşma olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Benue bölgəsində yaşanan hücum zamanı 18 nəfər canından olub. Çoxlu sayda insan yaralanıb.

Polis sözcüsü Katerine Anene açıqlamasında hadisəni təsdiq edib.

Bölgə polisi açıqlamasında əraziyə təhlükəsizlik qüvvələrinin yeridildiyini və olayla bağlı təhqiqat başladıldığını bildirir.

Xatırladaq ki, Nigeriyada zaman-zaman şiddət olayları səbəbi ilə çoxlu sayda insan həlak olur.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info