Nigeriyada qanlı qətliam – Məsciddə çoxlu sayda insan güllələndi, ölənlər var

  • By admin
  • 05 Dekabr 2022 16:39

Nigeriyada məscidə silahlı hücum edilib.

 

Gununsesi.info “Mepanews.com”a istinadən xəbər verir ki, silahlı dəstələrin Qatsina bölgəsindəki bir məscidə basqın etməsindən sonra 12 nəfər güllələnərək öldürülüb. Şahidlərin açıqlamalarına görə, öldürülənlərdən biri məscidim imamıdır.

Olayla bağlı Lawal Haruna “Reuter”ə etdiyi açıqlamasında hücumçuların keyfi bir şəkildə hər tərəfə silahlı atəş açdığını söyləyib.

 

Məlumatlarda silahlıların çoxlu sayda insanı toplayaraq qaçıdrıqları bildirilir.

Qatsinə bölgəsinin təhlükəsizlik sözcüsü Qambo İsah hücumu təsdiqləyərkən bölgə sakinlərinin dəstəyi ilə dövlət dəstəkli qoruyucuların hadisəyə məeuz qalan bəzi adamları xilas edə bildiyi yazılır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info